340
10:13
29 Dekabr 2019

Sərxoş vəziyyətdə getdiyi evdə bıçaqlandı

Mingəçevirdəki bıçaqlanma ilə bağlı cinayət işi açılıb.

Lent.az -ın məlumatına görə, Kərimov Ramiz Qəzənfər oğluna şəxsi münasibətlər zəminində bıçaqla xəsarət yetirən 42 yaşlı Kərimov Elşən Eldar oğlu tutulub. Onun Mingəçevir şəhərində plastik qapı-pəncərə sexində usta işlədiyi bildirilir.

Faktla bağlı Mingəçevir şəhər Polis Şöbəsində Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə cinayət işi açılıb.

Qeyd edək ki, APA -nın məlumatına görə, hadisə şəhərin Sənaye parkı adlanan ərazisində baş verib. 39 yaşlı R.Kərimov içkili vəziyyətdə 42 yaşlı E.Kərimovun evinə gəlib və aralarında mübahisə yaranıb. Mübahisə zamanı E.Kərimovu təhqir edib daha sonra fiziki güc göstərən R.Kərimov bıçaqlanaraq xəstəxanaya yerləşdirilib.