Körpələrə hansı musiqilər dinlədilməlidir? - sosioloq AÇIQLAYIR
31 dekabr 2019 14:47 (UTC +04:00)

Körpələrə hansı musiqilər dinlədilməlidir? - sosioloq AÇIQLAYIR

“Körpənin böyüdüyü mühitdə kəskin, qıcıqlandırıcı, diksindirici, pozucu səslərin olması olduqca təhlükəlidir”.

Bu barədə Lent.az-a sosioloq Əhməd Qəşəmoğlu məlumat verib. O bildirib ki, ətrafdakı səslər təbiətin, kainatın nizamına uyğun bir səs olmalıdır:

“Belə olduqda körpə kainata, təbiətə köklənir və onlardan güc alır. Səslərin içərisində ən təsirlisi, ən gözəli ana laylası, həqiqi, ahəngdar musiqidir. Bu musiqinin milli musiqi olması isə olduqca əhəmiyyətlidir. Çünki milli musiqi qan, gen yaddaşını oyatmaq, nizamlamaq, onun potensialını üzə çıxarmaq qüdrətinə malikdir. Körpənin olduğu otaqda sözügedən musiqilərin həzin şəkildə verilməsi, körpənin gələcəyində mühüm rol oynayır”.

Ə.Qəşəmoğlu qeyd edib ki, evdən gələn dava-dalaş səsi, bağırtılar, şit səslər, ucuz, dağıdıcı musiqilər, elektron alətlərin süni robotvari səsləri isə körpənin əsəblərini pozaraq, ciddi problemlərə səbəb ola bilər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1103

Oxşar yazılar