UEFA Azərbaycanın 7 klubuna vəsait ayırıb
28 dekabr 2019 09:42 (UTC +04:00)

UEFA Azərbaycanın 7 klubuna vəsait ayırıb

UEFA 2018/19-ci il mövsümünü əhatə edən “Həmrəylik ödəmələri və uşaq futbolunun inkişafı” proqramı çərçivəsində Azərbaycan Premyer Liqasında çıxış etmiş 7 kluba vəsait ayırıb. 

Apasport.az saytının məlumatına görə, siyahıda yalnız çempion “Qarabağ” yer almayıb. 

UEFA Çempionlar Liqası və Avropa Liqası turnirlərinin qrup mərhələsinə vəsiqə qazanmamış klubların hesabına ödənişlər AFFA-nın vasitəçiliyi ilə köçürülüb. Hər kluba 56 794,43 avro ayrılıb.

"Neftçi" – 56 794,43 avro
"Səbail" – 56 794,43 avro
"Qəbələ" – 56 794,43 avro
"Zirə" – 56 794,43 avro
"Sumqayıt" – 56 794,43 avro
"Sabah" – 56 794,43 avro
"Keşlə" – 56 794,43 avro
 
Qeyd edək ki, "Keşlə” üçün nəzərdə tutulmuş vəsait   klubun aylıq cari xərclərini ödəmək üçün növbəti aylarda Futbolun İnkişaf Fondundan komandanın hesabına köçürüləcək.

# 827
avatar

Oxşar yazılar