472
09:14
28 Dekabr 2019

ABŞ-ın İraqdakı hərbi bazası raket atəşinə tutuldu

İraqın Kərkük şəhəri yaxınlığında ABŞ ordusunun yerləşdiyi bazaya bir neçə raket atılıb.

APA-nın RİA Novosti-yə istinadən verdiyi məlumata görə, atəş nəticəsində bir amerikalı podratçı həlak olub, bir neçə əsgər yaralanıb.

Adı açıqlanmayan amerikalı rəsmilərdən biri xəbəri təsdiqləyib.