883
18:04
26 Dekabr 2019

Bakıda intihara cəhdin qarşısı alındı - YENİLƏNİB - VİDEO

Xəbərə video əlavə olunub.

***

15:12

Bakıda intihara cəhdin qarşısı alınıb.

Lent.az -a Fövqəladə Hallar Nazirliyindən verilən xəbərə görə, nazirliiyin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Yasamal rayonunda 1 nəfər körpünün üzərinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib. Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub.

Vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb.