Yenidən dünyaya gələn insanlar: Onların ilk sözü nə olub?
28 dekabr 2019 10:27 (UTC +04:00)

Yenidən dünyaya gələn insanlar: Onların ilk sözü nə olub?

Televiziya və filmlərdə göstərilənin əksinə koma təsiri uzun müddətə yayılan ciddi bir vəziyyətdir. Bir çox hallarda koma bir neçə həftədən uzun sürməsə də, komada aylarla, hətta illərlə qalan insanlar var. Bir insan nə qədər uzun müddət komada qalsa oyanma ehtimalı da bir o qədər azalar. 
Lent.az komada qaldıqları müddət fərqli olsa da, komadan oyanan şəxslərin heyrətamiz hekayələrini təqdim edir:


Sara Tomson - 2012-ci ildə 32 yaşlı Sara Tomson beynində əmələ gələn qan laxtası səbəbindən komaya düşüb. 10 gün komada qaldıqdan sonra oyanıb. Maraqlısı isə odur ki, Tomson oyanan zaman tarixin 1998-ci il olduğunu zənn edib. O, Maykl Ceksonun həyatda olduğunu düşünürmüş. Daha vacibi isə uşaqlarını belə xatırlamayıb. İlk övladını 1998-ci ildə keçmiş sevgilisi ilə birlikdə olarkən dünyaya gətirən qadın, onun 14 yaşında olduğunu öyrənəndə heyrətə düşüb. Ən pisi isə qadın digər iki uşağını xatırlamayıb və yoldaşını xəstəxanada çalışan biri zənn edib. 


Ben Makmahon - Avstraliyada böyüyən Ben Makmahon fransız və Çin dilinin ləhcəsi olan Mandarin dilini öyrənib. Lakin hər iki dildə səlis danışa bilməyib. 2012-ci ildə qəzaya düşdükdən sonra bir həftə komada qalıb. Həkimlərin oyanmasına çox az şans verdiyi Makmahon mümkünsüzü bacarıb və oyanıb. Lakin oyandığı zaman sadəcə mandarin dilində danışa bilib. İngilis dilində isə heç danışa bilməyib. Bir müddət sonra ingilis dilində danışmağa başlayan Makmahon mandarin dilini isə heç vaxt unutmayıb.


Fred Hersç - Tanınmış və mötəbər bir caz pianoçusu olan Hersç 90-cı illərin əvvəlində QİÇS olduğunu açıqlayıb və 2008-ci ildə komaya girib. 2 ay komada qalıb və nəhayət oyanıb. Oyandıqdan sonra 10 il müddətində yataqdan qalxa bilməyib. Piano çalmağı unudan Hersç 2010-cu ilə qədər etdiyi məşqlərdən sonra yenidən bu qabiliyyətini geri qaytarıb. Pianonun sağalmasında əhəmiyyətli rol oynadığını söyləyən Hersç komada olduğu zaman 8 yuxu gördüyünü bildirib. Daha sonra “Koma röyalarım” adlı 90 dəqiqəlik konsert hazırlayıb.


Carett Karland - 2009-cu ildə Carett Karland və ən yaxın dostu qəzaya düşüb. Ən yaxın dostu ölsə də, özü komada qalıb. Həkimlərin çox ümidi olmasa da, ailəsinə ona musiqi dinlədilməsini tapşırıblar. Uzun müddət bu şəkildə müalicə alan Karland 4 ayın sonunda Çarli Danielsin “The Devil Went Down to Georgia” adlı mahnısına reaksiya verib və bir müddət sonra komadan oyanıb. Bu hadisədən altı ay sonra isə Karland bir konsertdə Çarli Danielslə tanış olmaq fürsəti tapıb. 


Yan Qrzebski - 1988-ci ildə Polşada dəmiryolunda çalışarkən yaralanaraq komaya düşən Yan Qrzebski 19 il komada qalıb. Komadan ayılanda isə tamamilə fərqli bir dünyaya gözlərini açıb. Yaşadığı ölkə artıq kommunistlər tərəfindən idarə olunmurdu və 11 nəvəsi var idi. 


Harri Dokeri - 33 yaşlı Hari Dokerinin peşəsi polis olub. Atışma zamanı başından yaralanan Dokeri komaya düşüb və 7 il bu vəziyyətdə qalıb. 11 fevral 1996-cı ildə ailəsi Hari Dokerinin xəstəliyi barədə söhbət edirdi. Seçim etmək məcburiyyətində olan ailə üzvlərinin bir seçimi də Dokerinin ölməsinə icazə vermək idi. Lakin bu vaxt qeyri-adi bir şey baş verib və Dokeri danışmağa başlayıb. Bir çox şeyi: oğlunu, getdikləri düşərgələri xatırlayıb. Lakin o, vurulma hadisəsini unudub. Buna baxmayaraq “dil açdıqdan” 18 saat sonra Dokeri daha az danışmağa başlayıb. Həmin gündən bir il sonra 15 aprel 1997-ci ildə Hari Dokeri dünyasını dəyişib.


Sara Skantlin - 1984-cü ildə 19 yaşlı Sara Skantlini sərxoş bir sürücü vurub və ağır yaralayır. Lakin sürücü dayanmayıb və yoluna davam edib. Bundan sonra ikinci bir maşın qızı vurub və baş nahiyəsini əzib. Dərhal xəstəxanaya aparılan qız 1 ay komada qalıb. Həkimlər Saranın bir daha heç vaxt oyanmayacağını söyləsələr də ailəsi Saranı 1985-ci ildə baxım evinə yerləşdirib. Nadir hallarda göz qırparaq əlaqə qura bilən Sara 16 il bu vəziyyətdə qalıb. Bir müddət sonra Sara Pat Rinkon adlı bir işçi tərəfindən danışıq təliminə başlayıb. 2005-ci ilin yanvar ayında Pat Saraya hekayə oxuyarkən bir xəstə yaxınlaşıb. Pat tezliklə onunla maraqlanacağını söyləyib və həmin an Sara qəzadan sonra ilk dəfə danışıb. Bundan sonra yavaş-yavaş danışmağa başlayan Sara Skantlin artıq əlil arabası idarə edib və insanlarla az da olsa ünsiyyət qura bilirdi. 


Terri Vallis - 1984-cü ildə 19 yaşlı Terri Vallis və dostu qəzaya düşüb. Dostu ölür və Terri Vallis koma vəziyyətində olub. Tam 19 il müddətində komada qalan Terri 2003-cü ildə oyanıb. Oyandığı zaman anasını görən Terrinin elə ilk sözü də “ana”, daha sonra isə “pepsi” və “süd” olub. Hansı ildə yaşadığını bilməyən Terri Vallis iflic olsa belə ünsiyyət qura bilib. Bu cəhəti həkimlərin diqqətini cəlb edib. 


Hali Poutre - Hali 11 sentyabr 2005-ci ildə 11 yaşında olarkən huşunu itirib və xəstəxanaya çatdırılıb. Həkimlər müayinədən sonra belə qənaətə gəlirlər ki, uşağın beyni ciddi zərər görüb. Həkimlər komaya düşən Halinin oyanmasının çox çətin olduğunu söyləyib. Lakin 2008-ci ildə Hali möcüzəvi şəkildə oyanıb.  


Münirə Abdullah - Almaniya hospitalların birində 1991-ci ildə baş verən yol qəzası vaxtı ciddi xəsarət alan Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) sakini 27 il çəkən komadan sonra özünə gəlir. 27 il sonra özünə gələn Munira Abdulla adlı xanımın dediyi ilk söz oğlunun adı, yəni Omar olub. Gecə saatlarında ananın qəfildən oğlunu çağırması hamını duyğulandırıb. 


Martin Pistorius - Cənubi Afrikada böyüyən və 12 yaşında naməlum xəstəlikdən sonra komaya düşən gənc 12 il sonra ayılıb. Ancaq maraqlısı budur ki, boğaz ağrısı ilə başlanan, daha sonra isə tamamilə hərəkət qabiliyyətini itirən Martin 12 il müddətində bütün deyilənləri eşitsə də, buna heç bir reaksiya verə bilməyib. İki il sonra şüuru yerinə gələn Martin hərəkət qabiliyyətini itirdiyindən həkim tərəfindən xəstəxanadan uzaqlaşdırılıb və ona sağalmaz xəstəlik diaqnozu qoyulub.

# 6065
avatar

Firuzə Vahid

Oxşar yazılar