439
09:40
26 Dekabr 2019

Rusiyaya işləməyə gedən qardaşlar yoxa çıxdı: bacıları axtarır

Gəncədə iki nəfər itkin düşüb.

Lent.az -ın məlumatına görə, Gəncə şəhər, Uşinski küçəsində yaşamış 53 yaşlı Osmanov Nəriman Zudi oğlu 2007-ci ilin aprel ayında işləmək üçün Rusiyanın Krosnadar vilayətinin Novorosiysk şəhərinə gedib. Ancaq 2014-cü ilin sentyabr ayından onunla bütün əlaqələr kəsilib. Bu barədə onun bacısı, 54 yaşlı Gəncə sakini Osmanova Sevil Zudi qızı Kəpəz Rayon Polis İdarəsinə ərizə ilə müraciət edib.

Digər oxşar fakt isə şəhərin Atatürk prospektində qeydə alınıb. Həmin ünvanda yaşayan 54 yaşlı Həmzəyev Abdulla Həmid oğlu 2018-ci ilin sentyabr ayında işləmək məqsədilə Rusiyanın Samara şəhərinə gedib. 2019-cu ilin may ayından isə onunla bütün əlaqələr kəsilib. Bacısı, 56 yaşlı Cəfərova Həmidə Həmid qızı qardaşının itkin düşməsi ilə əlaqədar Kəpəz Rayon Polis İdarəsinə ərizə ilə müraciət edib.

Hər iki faktla bağlı Kəpəz Rayon Polis İdarəsində araşdırma aparılır.