Hacıqabulda 4 gün əvvəl baş verən qəzada xəsarət alan şəxs ölüb.
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Bakı-Qazax yolunun 78-ci kilometrliyində Hacıqabul rayonunun Atbulaq kəndi ərazisində “Toyota Rav-4” markalı avtomobilin aşması nəticəsində yaralanan 6 nəfərdən biri, 21 yaşlı Ədilov Fuad Bahadır oğlu xəstəxanada dünyasını dəyişib.
Qeyd edək ki, hadisə dekabrın 21-də Bakı-Qazax yolunun 78-ci kilometrliyində qeydə alınıb. Hacıqabul rayonu, Atbulaq kəndi ərazisində “Toyota Rav-4” markalı avtomobilin aşması nəticəsində 6 nəfər xəsarət alıb.
Yaralılar - Bakı sakinləri, 13 yaşlı Yolçiyeva Gülər İlham qızı, 16 yaşlı Yolçiyeva Sevgi İlham qızı, 12 yaşlı Qarayeva Ayşən Həbib qızı, 3 yaşlı Qarayev Fərid Həbib oğlu və 15 yaşlı Qarayeva Nərmin Həbib qızı Şirvan şəhər xəstəxanasına yerləşdiriliblər. Xəsarət alan avtomobilin sürücüsü, 35 yaşlı Almaz Yolçiyevanın vəziyyəti ağır olduğundan o, Bakıdakı xəstəxanalardan birinə aparılıb.
Xatırladaq ki, A.Yolçiyeva qəzada xəsarət alan yeniyetmələr - G.Yolçiyeva və S.Yolçiyevanın anasıdır.