
Kulis 2019-un mükafatlarını təqdim edəcək
Bu gün saat 15-də APA Group-un akt zalında 2019-cu ilin yazıçısına, şairinə və tənqidçisinə mükafatlar təqdim olunacaq.
Təqdimetmə mərasimini Kulis.az saytının Facebook səhifəsindən canlı izləyə biləcəksiniz.
İlin yazıçısı, şairi və tənqidçisi Kulisin əməkdaşlarından ibarət münsiflər heyəti tərəfindənKulis.azsaytında və digər mədəniyyət, ədəbiyyat saytlarında, eyni zamanda bu sahəyə aid qəzet və jurnallarda gedən materiallar, cari ildə çap olunan kitablar əsasında seçilib.
Seçilən imzalar aşağıdakılardır:
İlin yazıçısı:Səfər Alışarlı-“Qız və maneken” povest və hekayələr kitabına və “Kulis”də yayımlanan yeni hekayələrinə görə...
İlin şairi:Həmid Herisçi–Kulisdə yayımlanan və geniş marağa səbəb olan şeirlərinə görə
İlin tənqidçisi:Elnarə Akimova–Yeni ədəbiyyat nümunələrindən, xüsusən gənclərin yaradıcılığından mütəmadi yazdığı səmərəli tənqidi yazılarına və bu il çap olunan “Düşüncə zamanı - ədəbi tənqid diskurs kimi” və “Əəbiyyat qəzeti”ndə təşkil olunan ədəbi müzakirələrin toplandığı “Müstəqilliyin ədəbiyyatı müzakirə diskursunda” kitablarına görə.
Xatırladaq ki, Kulis.azmədəniyyət portalı hər ilin sonunda bu ənənəni davam etdirəcək.

Oxşar yazılar

Yol çəkirdilər qiymətli tarixi abidələr aşkarladılar - FOTO
23 yanvar 2021 , 04:10
Unudulan zurna, Venesiyada nəzarətçiləri yoran Aygün Səmədzadə - "Bir dəfə uzaqlarda"
22 yanvar 2021 , 18:49
Xanın kasıb nəvəsi: “Ora dəvət olunanda qorxdum”... 77 yaşlı sənətkarın həyat HEKAYƏTİ
22 yanvar 2021 , 11:19
Xalq artisti infarkt keçirdi, reanimasiyadadır
18 yanvar 2021 , 15:55
“Qarabağ şikəstəsi”ni dinləyib, döyüşə girirdilər... – VİDEO - FOTO
16 yanvar 2021 , 10:00
Şuşaya qayıtmaq haqqı... - FOTOLENT - YENİLƏNİB
15 yanvar 2021 , 12:43
“Yeralaş”ın bədii rəhbəri koronavirusdan vəfat etdi
15 yanvar 2021 , 00:34
ICESCO-dan təklif: "Şuşa İslam dünyasının mədəniyyət paytaxtı olsun"
14 yanvar 2021 , 17:24