406
09:27
25 Dekabr 2019

34 yaşlı kişi itkin düşdü, qardaşı axtarır

Bakıda 34 yaşlı kişi itkin düşüb.

Lent.az -ın məlumatına görə, Xətai rayonu, B.Süleymanov küçəsində yaşayan Nəsibov Zaur Teymur oğlu dekabrın 20-də saat 11:30-da yaşadığı evdən çıxıb bir daha geri qayıtmayıb. Bu barədə onunla eyni ünvanda yaşayan qardaşı, Nəsibov Arif Teymur oğlu Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsinə müraciət edib.

Faktla bağlı 34-cü Polis Şöbəsində araşdırma aparılır.