15:00
24 Dekabr 2019

Ən çox qazanan idmançılar – son 10 ildə

Son 10 ildə ən çox qazanan idmançıların siyahısı açıqlanıb.

Apasport.az saytının məlumatına görə, “Forbes” jurnalı 2010-19-cu illəri əhatə edən dövrün ən ödənişli idmançılarını müəyyənləşdirib.

Cədvələ boksçu Floyd Meyvezer başçılıq edir. O, 10 ildə 915 milyon dollar qazanıb.

Portuqaliya millisinin futbolçusu Kriştianu Ronaldo siyahıda ikincidir. Onun qazancı 800 milyon dollar təşkil edib.

İlk “üçlüy”ü daha bir futbolçu qapayır. Argentina yığmasının ulduzu Lionel Messi 750 milyon qazanıb.

Maaşlar, mükafatlar, həmçinin müxtəlif əlavə bonusların nəzərə alındığı siyahıda “Top-40”da yalnız bir qadın idmançı yer alıb. Bu, 215 milyon qazanan ABŞ tennisçisi Serena Uilyamsdır.

10 ildə ən çox qazanan 10 idmançı
1. Floyd Meyvezer (boks) – 950 milyon dollar
2. Kriştianu Ronaldo (futbol) – 800 milyon dollar
3. Lionel Messi (futbol) – 750 milyon dollar
4. Lebron Ceyms (basketbol) – 680 milyon dollar
5. Rojer Federer (tennis) – 640 milyon dollar
6. Tayger Vuds (qolf) – 615 milyon dollar
7. Fil Mikelson (qolf) – 480 milyon dollar
8. Menni Pakyao (boks) – 435 milyon dollar
9. Kevin Dyurant (basketbol) – 425 milyon dollar
10. Luis Hamilton (Formula-1) – 400 milyon dollar

Dİgər xəbərlər