“Mançester Siti” yeni qapıçı gətirir
24 dekabr 2019 10:48 (UTC +04:00)

“Mançester Siti” yeni qapıçı gətirir

 

İngiltərənin “Mançester Siti” klubu heyətini yeni futbolçu ilə gücləndirə bilər.

Apasport.az saytının məlumatına görə, Premyer Liqanın son çempionu “Kristal Pelas”ın qapıçısı Visente Quaitanın xidmətində maraqlıdır.

Mançesterlilər 32 yaşlı ispaniyalının agenti ilə əlaqə saxlayıblar. V.Quaita komandadan gedəcəyi gözlənilən Klaudio Bravonu əvəz etməlidir. Edersonun əvəzləyicisi olan sonuncunun özü də Mançester təmsilçisindən ayrılmaq niyyətindədir.

Qeyd edək ki, V.Quaitanın “Kristal Pelas”la müqaviləsi 2021-ci ildə başa çatacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1258

Oxşar yazılar