737
14:34
23 Dekabr 2019

Rövzət Qasımov: “MSK-ya heç bir rəsmi şikayət olmayıb”

“İndiyə qədər bələdiyyə seçkilərində səsvermə ilə bağlı Mərkəzi Seçki Komissiyasına hər hansı bir rəsmi şikayət daxil olmayıb”.

APA-nın xəbərinə görə, bunu Mərkəzi Seçki Komissiyasının sədr müavini Rövzət Qasımov deyib.

R.Qasımov bildirib ki, seçkilər rəvan şəkildə davam edir: “Hələ ki, narahatlığın şahidi olmamışıq. Müşahidəçilər də bildirirlər ki, seçki prosesi öz qaydasında davam edir. Qaynar xəttə müraciətlər daxil olur və bu müraciətlər də əsasən, namizədlər tərəfindən texniki xarakterli, hansısa məsələlərin aydınlaşdırılması ilə bağlı olur. Mərkəzi Seçki Komissiyasının əməkdaşları dərhal müraciətlərə cavab verir, suallar cavablandırılır və lazımi köməklik göstərilir”.

R.Qasımov bildirib ki, seçkilərdə fəallıq əvvəlki illərlə müqayisədə daha yüksəkdir: “Bələdiyyə seçkilərində fəallığı əvvəlcədən proqnozlaşdırmaq çətin olur, ancaq onu deyə bilərəm ki, ötən seçkilərlə müqayisədə fəallıq artıb. Eyni zamanda veb-kameralar vasitəsilə müşahidə fəal şəkildə davam edir”.