17:53
22 Dekabr 2019

"Restoranlarda kişidən çox qadınlar olur" - Rövşanə

"Üzümə heç bir plastik müdaxilə etdirməmişəm. Nə botoksum var, nə başqa bir şey. Çünki əsəb, stress yaşamıram. Heç kimin də paxıllığını çəkmirəm".
Bu sözləri aparıcı Rövşanə Ağasəfqızı "Səhər-səhər" verilişində deyib. O, üzündə heç vaxt estetik müdaxilə etdirmədiyini söyləyib:

"Nə var verilişdə hamının üzünə deyirəm. Başqaları ilə bölüşə biləcək heç nəyim yoxdur. Müğənnilərlə bölüşəcək toyum, pulum yoxdur. Kiminsə ailəsiylə işim olmur. İşimi görürəm, gedirəm evimə. Ruzini Allah verir. Versə verəcək, verməsə də verməyəcək".

Rövşanə daha sonra qadınlardan bəhs edib. O, "Restoranlara gedirsən kişidən çox xanım var. Daha aktivləşiblər. Xanımlar avtomobil sürməyə başlayandan, çox dəyişiblər" sözlərini deyib.

(Axşam.az)

Dİgər xəbərlər