MN: Hər hansı xarici ölkəyə məxsus hərbi təyinatlı vasitə Azərbaycan ərazisində yerləşdirilməyib
22 dekabr 2019 17:25 (UTC +04:00)

MN: Hər hansı xarici ölkəyə məxsus hərbi təyinatlı vasitə Azərbaycan ərazisində yerləşdirilməyib

Müdafiə Nazirliyi son günlər bəzi xarici elektron media resurslarında İsrailə məxsus hərbi təyinatlı vasitələrin guya Azərbaycanda  yerləşdirilməsi və bu ərazidən İrana qarşı zərbə endirilməsi barədə yayılan xəbərlərə münasibət bildirib.

Müdafiə Nazirliyindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, bu kimi məlumatlar  dezinformasiya və saxta xəbərdən başqa bir şey deyildir. 

Müdafiə Nazirliyi bildirir ki, yayılan məsuliyyətsiz, təxribat xarakterli məlumat uğursuz şəkildə qonşularla olan  münasibətlərimizə  xələl yetirmək məqsədi güdür: “Bir daha bildiririk ki, hər hansı xarici ölkəyə məxsus heç bir hərbi təyinatlı vasitə Azərbaycan ərazisində yerləşdirilməyib, bu barədə yayılan məlumatların heç bir əsası yoxdur və yalandır”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1164

Oxşar yazılar