Həftənin ilk iş günü hava necə olacaq? - PROQNOZ
22 dekabr 2019 12:57 (UTC +04:00)

Həftənin ilk iş günü hava necə olacaq? - PROQNOZ

Sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Lent.az-a verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq.

Şimal-qərb küləyi 3-8 m/s , gündüz mülayim cənub küləyi ilə əvəz olunacaq. Havanın temperaturu  gecə 6-8° isti, gündüz  11-13° isti olacaq.

Atmosfer  təzyiqi 764 mm  civə sütunundan 761 mm cive sütununa enəcək. Nisbi rütubət  gecə 80-90 %, gündüz 60-70 % olacaq.   

Dekabrın 23-də Azərbaycanın rayonlarında hava əsasən yağmursuz, gecə və səhər bəzi yerlərdə duman, şərq rayonlarında çiskinli olacaq. Qərb küləyi 5-10 m/s, havanın temperaturu gecə 1-6° isti, gündüz  10-15°  isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 7-12° isti olacaq.

Qərb küləyi 5-10 m/s, havanın temperaturu gecə 1-6° isti, gündüz  10-15°  isti,

dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 7-12° isti olacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2335

Oxşar yazılar