512
19:37
21 Dekabr 2019

Xalası oğluna heroin gətirmək istəyi boşa çxıdı

Cəzaçəkmə müəssisəsinə narkotik maddə keçirilməsi cəhdinin qarşısı alınıb.

Penitensiar Xidmətdən Lent.az -a daxil olan məlumata görə, məhkum İbadov Ruslan Səmid oğlunun görüşünə gələn xalası oğlu Şabran rayon sakini Məmmədov İlkin Hürmət oğlunun üzərinə baxış keçirilib. Bu zaman şalvarının cibində gizlətdiyi 1 ədəd bükülüdə 0.091 qram heroin aşkar edilib.

Qeyd edək ki, 14 saylı cəzaçəkmə müəssisəsinin məhkumu Ruslan İbadov Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.4-cü maddələri ilə 4 il 2 ay azadlıqdan məhrum edilib.


Faktla bağlı araşdırma aparılır.