Gəncədə zəncirvari qəza - FOTO
21 dekabr 2019 19:18 (UTC +04:00)

Gəncədə zəncirvari qəza - FOTO

Gəncədə 4 avtomobilin iştirakı ilə zəncirvari yol qəzası baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Şah İsmayl Xətai prospektində qeydə alınıb. “VAZ- 21015”, “VAZ-2109”, “VAZ-2121” və “Mitsubishi” markalı avtomobilər toquşub. Qəza zamanı xəsarət alan olmasa da avtomobillərə ziyan dəyib.

Qəza səbəbindən ərazidə tıxac yaranıb.

Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1120

Oxşar yazılar