16:30
21 Dekabr 2019

Sarkisyanın qardaşı oğlu həbs olundu

Ermənistanın sabiq prezidenti Serj Sarkisyanın qardaşı oğlu Narek Sarkisyan Çexiyadan Ermənistana ekstradisiya edilib.

APA-nın aysor.am saytına istinadən verdiyi xəbərə görə, bu barədə Ermənistan Polisinin vəzifələrini icra edən Arman Sarkisyan bildirib.

Polis rəisi deyib ki, N. Sarkisyan bu gün Ermənistana gətirilərək istintaq təcridxanasına yerləşdirilib.

“İlkin istintaq çərçivəsində hansı addımların atılacağı barədə məlumat veriləcək”, - deyə o vurğulayıb.

Qeyd edək ki, beynəlxalq axtarışa verilən N. Sarkisyanın bu il dekabrın 6-da Praqada olduğu müəyyən olunub. O, saxta Qvatemala pasportu ilə “Franklin Qonzalez” adı altında gizlənirmiş.

  1. Sarkisyan narkotik ticarətində və qanunsuz silah saxlamaqda ittiham olunur. Onun barəsində 2018-ci lilin iyununda axtarış elan olunub.

Ermənistan Baş Prokurorluğu N. Sarkisyanın Ermənistan hüquq-mühafizə orqanlarına təhvil verilməsi ilə bağlı Çexiyaya müraciət edib, Çexiyanın aidiyyəti qurumları isə bu müraciətə baxaraq, N. Sarkisyanın Ermənistana ekstradisiyasına qərar verib.

Dİgər xəbərlər