1502
13:54
21 Dekabr 2019

Marşrutda gənc qız qətlə yetirilib? - RƏSMİ AÇIQLAMA

"Avtobusda gənc qızın öldürülməsi yalandır".

Lent.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin yaydığı məlumatda qeyd olunub. Nazirlik bu gün sosial şəbəkələrdə Binəqədi rayonunda hərəkətdə olan marşrut avtobusunda cavan oğlanın gənc bir qızı qətlə yetirməsi barədə yayılan məlumatı təkzib edib.

“Bildiririk ki, nəinki Binəqədi rayonunda, eləcə də paytaxtın digər rayonlarında belə bir hadisə qeydə alınmayıb.

Xahiş edirik, məlumat paylaşmazdan əvvəl DİN-in Mətbuat Xidməti ilə dəqiqləşdirilsin”.