490
11:30
21 Dekabr 2019

Velosipedçini öldürüb qaçan avtobus sürücüsü saxlanıldı

Bakıda ölümlə nəticələnən yol qəzası olub.

DİN mətbuat xidmətindən Lent.az -a daxil olan məlumata əsasən, hadisə dekabrın 20-də saat 13 radələrində Sabunçu rayonunun Maştağa qəsəbəsində baş verib. Belə ki, “Daewoo” markalı xətt avtobusunun sürücüsü yolun kənarı ilə velosiped sürən qəsəbə sakini Roman Nəsibovu vurub. Bundan sonra sürücü maşından düşərək qaçıb.

Xəsarət alaraq xəstəxanaya yerləşdirilən R.Nəsibov orada ölüb.

Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində yol qəzasını törədərək hadisə yerindən yayınmış nəqliyyat vasitəsinin sürücüsü, paytaxt sakini X.Novruzov saxlanılıb.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.