408
11:05
21 Dekabr 2019

PKK və YPG Suriyada narkotik istehsal edir - İDDİA

PKK/YPG Şimali İraqda narkotik istehsal edir.

Lent.az “İxlas” xəbər agentliyinə istinadən bildirir verir ki, bu fakt Türkiyənin Polis Akademiyası tərəfindən aparılan araşdırmada öz əksini tapıb. Belə ki, araşdırma nəticəsində ortaya çıxan hesabatda bildirilir ki, aparılan terror və narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyatalrda müəyyən edilib ki, Türkiyənin bu sahədə əsas mübarizə aparacağı hədəf PKK və YPG qüvvələridir. Hesabatda həmçinin bildirlir ki, Şimali İraq, İran və Əfqanıstandan gələn narkotik maddələri Türkiyədən Avropaya keçirən qüvvə PKK terroristləridir. Araşdırmada qeyd olunur ki, terror qruplaşmasının Avropada yaratdığı dərnəklər hesabına özünə maliyyə əldə etməklə bərabər, İran, Əfqanıstan və Pakistandan gələn işlənməmiş morfinlərdən heroin istehsal edir.

Nəticə etibarilə, PKK/YPG-nin Suriyadakı vətəndaş müharibəsindən istifadə edərək, İŞİD kimi amfetamin və kaptaqon psixotrop maddələr istehsal etdiyi vurğulanıb. Bundan əlavə, onların maliyyə dəstəyinin qırılması üçün həmin istehsal mənbələrinə qarşı mübarizə aparmağın vacib olduğu bildirilir.