Bakıda bir ailədən 3 uşaq dəm qazından zəhərlənib
21 dekabr 2019 03:36 (UTC +04:00)

Bakıda bir ailədən 3 uşaq dəm qazından zəhərlənib

 

Bakının Sabunçu rayonunda 3 azyaşlı dəm qazından zəhərlənib.

APA xəbər verir ki, hadisə Ramana qəsəbəsi, Bünyadzadə 26 ünvanında baş verib.

Həmin ünvanda yerləşən fərdi yaşayış evinin yataq otağında qaz sobasından sızan dəm qazı nəticəsində yatan 3 uşaq zəhərlənib. Onlar valideynləri tərəfindən təcili 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb.

Qazdan zəhərlənən 2011-ci il təvəllüdlü İsmayılzadə Məhəmməd Samir oğlu, 2015-ci il təvəllüdlü İsmayılzadə Hüseyn Samir oğlu və 2019-cu il təvəllüdlü İsmayılzadə Zəhra Samir qızı xəstəxananın Reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyətləri hazırda orta ağırdır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1390

Oxşar yazılar