488
13:54
20 Dekabr 2019

Bakıda qadın narkotacir yaxalandı

Paytaxt sakinindən narkotik götürülüb.

Daxili İşlər Nazirliyindən Lent.az -a verilən məlumata görə, Xətai Rayon Polis İdarəsi 36-cı Polis Bölməsi əməkdaşları əldə edilmiş məlumat əsasında əməliyyat-axtarış tədbirləri keçiriblər. Nəticədə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini İ.Kərimova saxlanılıb.

Şəxsi axtarış zamanı ondan 333 qramdan artıq tiryək götürülüb.