Azərbaycanda oynamış futbolçu faciəvi şəkildə öldü
19 dekabr 2019 22:21 (UTC +04:00)

Azərbaycanda oynamış futbolçu faciəvi şəkildə öldü

0


2017/2018 mövsümündə Azərbaycan çempionatında oynamış trinidad və tobaqolu futbolçu Şadon Vinçester dünyasını dəyişib.

Lent.az-ın məlumatına görə, "Kəpəz" klubunun sabiq hücumçusu faciəvi şəkildə həlak olub.


Belə ki, 27 yaşlı forvard avtomobil qəzasında həyatını itirib. Hadisə futbolçunun vətənində, Qasparilyo şəhəri yaxınlığında baş verib. Qəza nəticəsində Vinçesterin avtomobili işıq dirəyinə çırpılıb və yanmağa başlayıb. Şadonla yanaşı, maşında olan daha 3 nəfər ölüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2997

Oxşar yazılar