19:38
18 Dekabr 2019

Atalara 16 həftəlik doğum məzuniyyəti veriləcək

“Vodafone” şirkəti 4 il əvvəl başlatdığı layihəni genişləndirib.

Lent.az Türkiyə mediasına istinadla xəbər verir ki, şirkət valideyn olan əməkdaşlarına uşaqları ilə daha çox vaxt keçirməsi üçün 16 həftəlik məzuniyyət verəcək.

Həyat yoldaşı uşaq dünyaya gətirən “Vodafone” əməkdaşları ilk 18 ay ərzində istədikləri müddətdə 16 həftəlik tam maaşlı məzuniyyətdən yararlana biləcək. Bundan əlavə, şirkətin işçiləri geri döndükdən sonra ilk 6 ay ərzində həftədə 4 gün çalışmaqla tam aylıq maaşlarını alacaqlar.

Yeni məzuniyyətlərə gələn ilin aprelindən start veriləcək. 2021-ci ilin mart ayından etibarən isə həmin güzəştlər Afrika, Orta Şərq və ABŞ-da yerləşən 24 “Vodafone” ölkəsində, cinsi və irqi fərq olmadan, özü və ya həyat yoldaşı hamilə olan bütün əməkdaşlar üçün gerçəkləşdiriləcək. Türkiyədə isə bu proqramın artıq gələn il yanvarın 1-dən qüvvəyə minəcəyi bildirilir.

Dİgər xəbərlər