Sevinc Ağasıyevanın “Nəsimi ili”nə həsr olunan solo konserti keçiriləcək
18 dekabr 2019 16:01 (UTC +04:00)

Sevinc Ağasıyevanın “Nəsimi ili”nə həsr olunan solo konserti keçiriləcək

 


Dekabrın 21-də saat 19:00-da Dövlət Təhlükəsizlik Xidmətinin Mədəniyyət Mərkəzində bəstəkar-müğənni Sevinc Ağasıyevanın “Nəsimi ili”nə həsr olunan “Həqq məndədir” adlı solo konserti keçiriləcək. 

Lent.az xəbər verir ki, gecədə Əməkdar artist, tarzən Şəhriyar İmanov, bədii qiraət ustası Xəzər Süleymanlı çıxış edəcəklər. 

Konsertdə Tofiq Quliyev, Süleyman Ələsgərov və Sevinc Ağasıyevanın İmadəddin Nəsiminin qəzəllərinə bəstələnən mahnıları səslənəcək, Nəsiminin qəzəlləri oxunacaq.

Tədbirdə həmçinin musiqisi tanınmış kamança ifaçısı Mark Eliyahu, sözləri Nəsimiyə aid olan və Sevinc Ağasıyevanın ifa etdiyi “Etməgil” mahnısının klipi də təqdim olunacaq.

Dahi Nəsimiyə həsr olunan tədbirə ictimai xadimlər, ziyalılar, nəsimişünaslar, tanınmış incəsənət və media nümayəndələri dəvət ediləcək. 

Konsert Mədəniyyət TV vasitəsilə yayımlanacaq.

 

# 1877
avatar

Oxşar yazılar