“Nəsimi” filmi yeni versiyada təqdim ediləcək
18 dekabr 2019 12:18 (UTC +04:00)

“Nəsimi” filmi yeni versiyada təqdim ediləcək


Ustad İmadəddin Nəsimi haqqında “Azərbaycanfilm”də ekranlaşdırılan “Nəsimi” filmi bərpa edilib. 

Bu barədə Lent.az-a “Balans” Milli Rəqəmsal Bərpa studiyasından məlumat verilib. Film şairin 650 illik yubileyi ilə əlaqədar Azərbaycan Mədəniyyət Nazirliyi, Çingiz Mustafayev adına Fond və ANS Şirkətlər Qrupunun sifarişi və dəstəyi ilə yenilənib. “Nəsimi” filminin Balans studiyasında yenilənmiş versiyasına dekabrın 20-də saat 19:00-da "Nizami" kinoteatrında baxış təşkil ediləcək. 

Xatırladaq ki, tammetrajlı bədii filmi İsa Hüseynovun senarisi ilə rejissor Həsən Seyidbəyli 1973-cü ildə ekranlaşdırıb. 

Əsas rollarda Rasim Balayev, Yusif Vəliyev, Xalidə Quliyeva, Muxtar Maniyev və başqaları çəkiliblər. 

Onu da qeyd edək ki, balans studiyası bundan əvvəl  Tofiq Tağızadənin “Mateo Falkone”, Ağarza Quliyevin “Ulduz” bədii filmlərini bərpa edib. 

 

# 1956
avatar

Ramilə Qurbanlı

Oxşar yazılar