Zambiyada FETO-ya məxsus məktəblər dövlətin nəzrətinə keçib
17 dekabr 2019 22:14 (UTC +04:00)

Zambiyada FETO-ya məxsus məktəblər dövlətin nəzrətinə keçib

 

 

Zambiyanın paytaxtı Lusakada tikilən FETO-çulara məxsus “Və Horizontal” adlandırılan  məktəblər dövlət nəzdinə keçib. 

APA-nın Türkiyə bürosunun yerli mediaya istinadla verdiyi xəbərə görə, bu barədə Zambiyanın Torpaq və Təbii Mənbələr Nazirliyi açıqlama yayıb. 

Açıqlamada bildirilib ki, “Və Horizontal” məktəblər şəbəkəsinə daxil olan uşaq bağçası, ibtidai və orta məktəb binaları da daxil olmaqla, 3 obyekt dövlətin nəzarətinə keçib. 

Qeyd edək ki, FETO-nun “təhsildə qızıl beyinləri mənimsəmə siyasəti”nə daxil olan bu məktəblər Zambiyada 2011-ci ildə tikilib. 

Ötən il Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bu məsələ ilə bağlı Zambiya dövlətilə rəsmi danışıqları olmuşdu.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1410

Oxşar yazılar