Azərbaycanlı sürücü Rusiyada yol polislərini şoka saldı
17 dekabr 2019 19:31 (UTC +04:00)

Azərbaycanlı sürücü Rusiyada yol polislərini şoka saldı

0

Rusiyanın Volqaqrad şəhərində yol polisi qaydanı pozan azərbaycanlı sürücünü saxlayıb.

Lent.az Rusiyanın “Komsomolıskaya Pravda” saytına istinadən xəbər verir ki, polis təqdim edilən sənədlər əsasında yerindəcə apardığı araşdırma zamanı sürücünün 500-dən çox qayda pozuntusuna yol verdiyini müəyyən edib.

Ümumilikdə 250 min rubl ( təxminən 6500 manat) məbləğində cəriməsi olan azərbaycanlının maşını cərimə meydançasına göndərilib.

Yol polislərini şoka salan bu faktın Rusiyanın yol hərəkəti tarixində ilk olduğu qeyd olunur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 3636

Oxşar yazılar