“Ronaldonu əvəz etmək çətindir” – Messi
17 dekabr 2019 17:04 (UTC +04:00)

“Ronaldonu əvəz etmək çətindir” – Messi

 


“Barselona”nın futbolçusu Lionel Messi maraqlı açıqlama verib. 

Lent.az-ın məlumatına görə, argentinalı superulduz “El Klasiko” öncəsi “Real”ın oyunçusu Eden Azar haqda danışıb. 

Azarı madridlilərin sabiq üzvü Kriştianu Ronaldo ilə müqayisə edən Messi bunları deyib: “Eden usta futbolçudur, bacarığına söz ola bilməz. Azar rəqibin müdafiə xəttini həmişə təzyiqdə saxlamağı bacarır. O, Ronaldodan fərqlidir. Hərəsinin öz üstün cəhətləri var. Amma Ronaldonu əvəz etmək çətindir”.

Qeyd edək ki, Kriştianu Ronaldo 2009-2018-ci illərdə “Real”ın formasını geyinib və dəfələrlə “El Klasiko”da “Barselona”ya qarşı oynayıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1360

Oxşar yazılar