Ən bahalı geyinən müğənnilərimiz - SORĞU FOTOLENT
27 dekabr 2019 01:05 (UTC +04:00)

Ən bahalı geyinən müğənnilərimiz - SORĞU FOTOLENT

Sənət adamları, xüsusilə də müğənnilər hər zaman geyimləri ilə ə fərqləniblər. Dünyanın hər yerində belədir, onlar ifaları ilə yanaşı, geyimləri ilə də tamaşaçının diqqətini cəlb etməyə maraqlıdırlar. Təbii ki, bu zaman həm zövq, həm də onların maddi durumları da əsas rol oynayır. Azərbaycanın bəzi tanınmışları da dünyadakı həmkarları kimi il ərzində geyimlərinə xeyli pul xərcləyirlər. Maraqlıdır, onlar il ərzində səhnə geyimlərinə nə qədər pul xərcləyiblər? Eyni zamanda, onların geyimlərini kirayə götürüb-götürmədiyini də aydınlaşdırmağa çalışdıq.

Müğənni Roza Zərgərli: "Geyimə çox pul xərcləmirəm, açığı, qiymət də yadımda deyil. Çünki bir neçə şeyi birlikdə alıram. Ancaq kimdənsə paltar alıb heç vaxt geyinmərəm. Özümün yetərincə geyimlərim var".

Əməkdar artist Könül Kərimova: "Mən heç vaxt kirayə paltar geyinməmişəm, Hər kəs bilir ki, bəlkə də ən çox modelyerlərlə işləyən müğənnilərdən birincisi mənəm. Hamı deyir ki, paltara çox pul xərcləyirəm. Qiymət demək istəmirəm, amma bahalı geyimlərim çoxdur. Çünki müğənni seçilməlidir. Çox çətinlik çəkdiyim, sıxıntılı günlər olub, onda da gedib öz zövqümdə sadə bir parça almışam və zövqümə uyğun sadə bir geyim tikdirmişəm. Müğənni seçilməlidir sadə insanlardan. Onu da deyim, təəssüf ki, illər sonra öz zövqümə güvənmişəm. Amma görürəm ki, xoş qarşılanır. Məkana görə geyinmək və sadə, özünəməxsus geyim seçmək ən yaxşı dəbdir. Bəzən toyda qızları görürəm, onların yerinə çox utanıram. Dəblidir deyib elə geyinirlər ki, adam baxdıqca xəcalət çəkir. Çılpaq geyinmək zövqlü olmaq demək deyil. Qızlar gərək geyiminə fikir versin, sadəlik gözəllikdir. Elə geyinib çıxırlar ki, elə bil meşəyə insan gəlib.

Xanəndə Elnarə Abdullayeva: "Heç vaxt kirayə paltar geyinmərəm. Bir paltar olsun, özümün olsun. Qiymət söyləmək istəmirəm, ayıbdır.

Elit-star ləqəbi ilə tanınan Cəmilə İsgəndərova: "Hamı kimi mən də səhnə geyimlərimə kifayət qədər pul ayırıram. Bir çox modelyerlərlə də işləyirəm. Ən bahalı səhnə geyimim 2000-2500 manat civarında olub".

Müğənni Kərim Abbasov: "Geyimlərim özümündür. Ən bahalı kostyumum 1500 manat dəyərində olub. Ən ucuz geyimim isə "futbolka" olub, 10 manata".

Rəqqasə, aktrisa Oksana Rəsulova: "Səhnə paltarlarımın demək olar ki, çoxu əl işidir. Ən bahalı geyimim 3000 manat dəyərində olub. Heç vaxt kirayə paltar geyinməmişəm". 


  

 

# 2880
avatar

Fəxriyyə Mahmudova

Oxşar yazılar