12:00
17 Dekabr 2019

Yaxın illərdə azərbaycanlı İsveçi idarə edə bilər - “FOKUS” dərgisi

İsveç Krallığının “Fokus” dərgisi yaxın illərdə ölkəni idarə edəcək siyasətçilərin adlarını yayımlayıb. Dərgi 2020-ci illərdə İsveçin 27 lideri ilə bağlı analiz yazı ilə çıxış edib.

Lent.az xəbər verir ki, bu barədə diaspor üzrə araşdırmaçı-ekspert Elnur Eltürk məlumat verib.

“Məqalədə qeyd edilən siyasətçilər arasında İsveç parlamentinin azərbaycanlı deputatı İsveç Sosial Demokrat Partiyasının Mərkəzi Komitəsinin üzvü Aylin Fazelianın da adı çəkilib. O, gələcəkdə İsveç Krallığını idarə edən siyasətçilərdən biri ola bilər. Bu barədə “Fokus” dərgisi geniş məqalə yayımlayıb. “Fokus” dərgisi azərbaycanlı deputat haqqında geniş məlumat verib.

Qeyd edək ki, Aylin əslən Güney Azərbaycandandır. Ailəsi 30 il əvvəl İsveçə köçüb. Deputat özü mətbuata açıqlamasında güney Azərbaycandan olduğunu bildirib. Bir müddət əvvəl Aylin Fazelian "İsveç Sosial Demokrat Partiyası"nın Göteberq bölgə və ətraf şəhərləri üzrə rəhbəri seçilmişdi.

Dİgər xəbərlər