Bakı məktəblərində təhsil alan şagirdlərin sayı AÇIQLANDI
16 dekabr 2019 16:20 (UTC +04:00)

Bakı məktəblərində təhsil alan şagirdlərin sayı AÇIQLANDI

"BŞTİ-nin tabeliyində 309 ümumi təhsil məktəbi, 3 xüsusi ümumi orta məktəb və 7 əyani-qiyabi axşam məktəbi olmaqla, cəmi 319 məktəb fəaliyyət göstərir".

Bu barədə Lent.az-a Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Rəşad Tağıyev təqvim ilinin yekunları ilə bağlı danışarkən deyib. O bildirib ki, BŞTİ-nin tabeliyindəki məktəblərdə 27 192 müəllim çalışır:

"Sözügedən məktəblərdə 441 077 şagird təhsil alır. Bundan başqa məktəblərin I siniflərində 45 637, IX siniflərində 30 945, XI siniflərində 19 521, XII siniflərində isə (əyani-qiyabi tam orta məktəb və qiyabi sinifləri) 182 nəfər təhsil alır".

# 1074
avatar

Hicranə Əlişqızı

Oxşar yazılar