Hamiləliliyin inkişafdan qalmasına nələr səbəb olur? - VİDEO
16 dekabr 2019 11:31 (UTC +04:00)

Hamiləliliyin inkişafdan qalmasına nələr səbəb olur? - VİDEO


Hamiləlikdə erkən, 12 həftəyə kimi olan düşüklərin yaranmasında xromosom pozğunluğu, yəni genetik patologiyalar rol oynayır. İki və daha artıq hamiləlik düşükləri olan qadınların mütləq genetik müayinə olunmasına ehtiyac var.

e-tibb.az-ın xəbərinə görə, bunu APA TV-nin “Öncə sağlıq” proqramında ginekoloq-endokrinoloq, Tibb Universitetinin Tədris Cərrahiyə Klinikasının həkimi, dosent Natəvan Axundova deyib.

Onun sözlərinə görə, zahirən normal görünən insanlarda analizlər zamanı genetik patologiyalar aşkarlanır.

Həkim onu da deyib ki, hamiləliyin erkən pozulmasının əsas səbəblərindən biri də hipoterioz, yəni qalxanvari vəzinin funksiya pozğunluğu-hormon çatışmazlığıdır.

N. Axundova, yarımçıq hamiləliyə səbəb olan digər amillər-şəkərli diabet, böyrək, yüksək təzyiq və s. xəstəliklər barədə məlumat verib, belə hallarda hamiləliyin başa çatdırılması üçün görülməli olan tədbirləri açıqlayıb.

Mütəxəssisin fikirləri ilə ətraflı şəkildə videoda tanış ola bilərsiniz.

# 3288
avatar

Oxşar yazılar