Lalə boşanmasından danışdı: "Ərizə verməsəydi..."
15 dekabr 2019 11:31 (UTC +04:00)

Lalə boşanmasından danışdı: "Ərizə verməsəydi..."

"Tələbləri çox yüksək olan bir qadınam. Ola bilər evdə fiziki olaraq, hansısa yeməyi bişirməyə, qonaq qarşılamağa çatdırmayım. Amma evimdə bunu edəcək insanlar olub. Ailəm də buna görə dağılmayıb. Heç kim heç nədən sığortalı deyil".
Bu sözləri Əməkdar artist Lalə Məmmədova "Söhbətsiz" verilişində deyib. Müğənni ailəsinin dağılmasının sonu ilə bağlı yayılan söz-söhbətə son qoyub:

"Mənim ailəmlə bağlı sözlər deyənin özü də boşanıb. Bir kişiyə bu sözləri yaraşdırmıram. Mənim arxamda kişi yoxdur. Mən təkəm. Bəlkə mənim ailəm 8 il yox, daha çox davam edərdi. Bir yox, iki 8 il dözərdim. Əgər keçmiş həyat yoldaşım boşanmağa ərizə verməsəydi. Mücadiləni hər iki tərəf etməlidir. Bir tərəf mücadilə edirsə, qırılmalıdır. Hər zaman deyirəm, övladlarımın atasıdır. Onun haqda pis danışa bilmərəm. İnsanın tələbləri, baxışı zamanla dəyişir".

Qeyd edək ki, L.Məmmədovanın iki övladı var.

(Axşam.az)

# 2845
avatar

Oxşar yazılar