Kiprin "Apollon" klubunun prezidentinin evi komandanın oyunu zamanı qarət olunub
15 dekabr 2019 06:59 (UTC +04:00)

Kiprin "Apollon" klubunun prezidentinin evi komandanın oyunu zamanı qarət olunub

 

Kiprin “Apollon” futbol klubunun prezidenti Nikos Kirzisin evi qarət olunub.

APA “Phileleftheros” qəzetinə istinadən xəbər verir ki, oğurluq baş verən zaman klub rəhbəri öz komandasının oyununda iştirak edirmiş və qarətçilər də bundan yararlanıb.

Bildirilir ki, Kirzis öz komandasının “Anortosis” klubu ilə ev qarşılaşmasına tamaşa etmək üçün 18:08-də evdən çıxıb. Oyun Limasoldakı “Tsirion atletik” stadionunda keçirilib. 18:40-da isə klub prezidentinin evində siqnalizasiya işə düşüb. Buna görə də N.Kirzis oyun başlamazdan əvvəl evinə qayıtmalı olub.

Bu vaxta qədər oğrular təxminən 20 min avro dəyərində qiymətli qol saatlarını götürərək aradan çıxa biliblər. Polis insidentin araşdırılmasına başlayıb.

# 966
avatar

Oxşar yazılar