Bu partiyanın üzvləri namizədliklərini öz təşəbbüsləri ilə irəli sürür
14 dekabr 2019 12:54 (UTC +04:00)

Bu partiyanın üzvləri namizədliklərini öz təşəbbüsləri ilə irəli sürür

 

Müsavat Partiyası növbədənkənar parlament seçkilərində iştirak formasını açıqlayıb.

Partiyanın icra aparatının rəhbəri Gülağa Aslanlı APA-ya açıqlamasında bildirib ki, indiki halda Müsavat Partiyasının üzvləri partiyanın adını qeyd etməklə namizədliklərini öz təşəbbüsləri ilə irəli sürürlər: “Biz hələ ki, bu yolu qəbul etmişik. İkinci variant da mümkündür”.

Qeyd edək ki, Müsavat Partiyası gələn il fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkilərində iştirakla bağlı qərar qəbul edib.

# 1136
avatar

Oxşar yazılar