
Həbsdəki qonşusuna sovqat gətirdi, içindən narkotik çıxdı

Bakıda həbsdə olan qonşusuna narkotik vasitə keçirmək istəyən şəxs saxlanılıb.
Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsindən Lent.az-a verilən məlumata görə, xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı İstintaq Təcridxanasına narkotik maddə keçirilməsi cəhdinin qarşısı alınıb.
Cinayət Məcəlləsinin 206.3.2; 234.4.1 və 234.4.3-cü maddələrinə əsasən təqsirli bilinərək həbs edilən Nəbiyev Əli Maxsud oğlu ilə qısamüddətli görüşə gələn qonşusu, Yevlax rayon sakini Hacıyev Ələddin Sələddin oğlunun gətirdiyi sovqata və üzərinə baxış keçirilən zaman əynindəki gödəkçənin cibində olan siqaret qutusunun içərisində gizlədilmiş 3 ədəd bükülüdə 1,227 qram narkotik maddə - marixuana və 10 ədəd siqaret filtirində xüsusi üsulla gizlədilən toz halında 2 qram psixotrop maddə - metamfetamin aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.
edsdsds.jpg)
Mehman Nəbiyev
Oxşar yazılar

Bakının əsas prospektində qəza: tıxac yarandı
19 yanvar 2021 , 19:10
"Lotu Quli"nin məzarı üstündə atışma: ölən var
19 yanvar 2021 , 18:35
Məşhur rektor vəfat etdi
19 yanvar 2021 , 16:48
Bakıda maşının vurduğu qadın öldü
19 yanvar 2021 , 12:18
Əmisini öldürüb evini yandıran sabiq polis hakim qarşısına çıxarılır
19 yanvar 2021 , 11:36
Polietilen torbalarla bağlı daha bir XƏBƏRDARLIQ - əks halda...
19 yanvar 2021 , 11:22
İnternetdə 168 kiloluq narkotik alveri - Xüsusi ƏMƏLİYYAT
19 yanvar 2021 , 10:56
Yol Polisindən sürücülərə müraciət
19 yanvar 2021 , 10:41