Azərbaycanda axtarışda olan 31 nəfər saxlanıldı
13 dekabr 2019 11:33 (UTC +04:00)

Azərbaycanda axtarışda olan 31 nəfər saxlanıldı

 

Respublikanın daxili işlər orqanları dünən gün ərzində törədilmiş 19 cinayətin üstünü “isti izlər”lə açıb.

Lent.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 6 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 31 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 8 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 1 ağır yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb, 2 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 9, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 29 nəfər saxlanılıb.

 

 

 

# 656
avatar

Mehman Nəbiyev

Oxşar yazılar