Rüşvət istədisə, güllələyin – İnanılmaz BƏYANAT
13 dekabr 2019 11:20 (UTC +04:00)

Rüşvət istədisə, güllələyin – İnanılmaz BƏYANAT

 

Filippin prezidenti Rodriqo Duterte vətəndaşlara onlardan rüşvət tələb edən məmurları güllələməyə , ancaq öldürməməyə icazə verib.

Lent.az “RİA Novosti”yə istinadla xəbər verir ki, Duterte həbsxanaya düşməmək üçün vətəndaşlara korrupsiyalaşmış məmurları ayaqlarından vurmağı da təklif edib. 

“Əgər siz vergi, gömrük rüsumlarını və digər ödənişləri verirsinizsə, amma bu axmaqlar rüşvət tələb edirsə, onları vurun. Əgər sizin silahınız varsa, onlara atəş aça bilərsiniz, ancaq onları öldürməyin, ona görə ki, əks halda məhkəmə araşdırması zamanı əfv olunmayacaqsınız”, - Duterte vurğulayıb. 

Prezident onu da qeyd edib ki, məmuru güllələyib qanunu pozan istənilən şəxs üçün cəza həbsxanaya düşmək yox, yalnız ciddi bədən cəzası olacaq.

Dutertenin fikrincə, korrupsiya ölkənin geniş yayılmış probleminə çevrilib. 

Prezident vətəndaşları öz hüquqlarını müdafiə etməyə və vəzifəli şəxslərin iştirak etdiyi hər bir korrupsiya və ya qanun pozuntusu barədə məlumat verməyə çağırıb.

 

# 1703
avatar

Oxşar yazılar