565
10:18
12 Dekabr 2019

43 yaşlı kişini ürəyindən bıçaqlayıb qaçdı

Bakıda bıçaqlanma hadisəsi olub.

Lent.az -ın məlumatına görə, hadisə Xəzər rayonu, Qala qəsəbəsində qeydə alınıb. 39 yaşlı Abdinov Həmid İntiqam oğlu qəsəbəsə kirayədə yaşadığı evin həyətində 43 yaşlı Ağalarov Əli Mirqubad oğluna sol döş qəfəsi və bel nayihəsindən 2 bıçaq zərbəsi endirib.

Hadisə qısqanclıq zəminində baş verdiyi bildirilir.

Yaralı xəstəxanaya çatdırılıb. Hadisəni törədən H.Abdinov hadisə yerindən qaçıb.

Faktla bağlı cinayət işi başlanıb. H.Abdinovun tutulması üçün axtarışlar davam edir.