Emil Balayevin komandasının baş məşqçisi erməni ola bilər
11 dekabr 2019 09:18 (UTC +04:00)

Emil Balayevin komandasının baş məşqçisi erməni ola bilər


Azərbaycan milli komandasının qapıçısı Emil Balayevin çıxış etdiyi Qazaxıstanın "Tobol" klubunun baş məşqçi postuna əsas namizəd müəyyənləşib. 

Apasport.az saytının məlumatına görə, bu, həmin ölkədə tanınan erməni mütəxəssis Qriqori Babayandır.

Qazaxıstan vətəndaşı olan 39 yaşlı bu mütəxəssis 2013-cü ildən "Astana"da işləyib, Roman Qriqorçukun köməkçisi olub. Babayan "Qəbələ"nin ukraynalı sabiq baş məşqçisi ötən ilin payızında şəxsi işləriylə əlaqədar kənarda qaldığı müddətdə isə baş məşqçi əvəzi olub. O, bu ilin aprelində "Astana"dan qovulub. 

Qeyd edək ki, "Tobol"da Balayevi ötən qış fasiləsində transfer edən rusiyalı mütəxəssis Vladimir Qazzayevi istefaya göndəriləndən sonra baş məşqçi əvəzi qazaxıstanlı Nurbol Jumaskaliyev olub. Komamda onun rəhbərliyi altında çempionatı 4-cü yerdə başa vurub. Emilin Kostanay klubuyla hələ 1 illik müqaviləsi var. 

# 1106
avatar

Oxşar yazılar