“Qarabağ” – “Düdelanj” oyununu bu hakimlər idarə edəcək
10 dekabr 2019 13:40 (UTC +04:00)

“Qarabağ” – “Düdelanj” oyununu bu hakimlər idarə edəcək

 

Avropa Liqasının qrup mərhələsinin son təyinatları açıqlanıb.

Apasport.az saytının məlumatına görə, dekabrın 12-də baş tutacaq VI turun matçlarının hakimləri müəyyənləşib.

Azərbaycan çempionu “Qarabağ”ın cari mövsümdəki son avrokubok matçının ədalət təmsilçiləri də bəlli olub. Tofiq Bəhramov adına Respublika stadionundakı matçı Estoniyadan olan Kristo Tohverin başçılıq etdiyi hakimlər briqadası idarə edəcək. Oyunun yan xətt hakimləri Silver Koiv, Sten Klaasen, dördüncü hakimi Juri Frişer olacaq.

Qeyd edək ki, “Qarabağ” – “Düdelanj” qarşılaşması saat 21:55-də başlayacaq.

# 1096
avatar

Oxşar yazılar