Bakıda İran səfirliyində tüstülənmənin yanğına keçməsinin qarşısı alındı - YENİLƏNİB
09 dekabr 2019 18:20 (UTC +04:00)

Bakıda İran səfirliyində tüstülənmənin yanğına keçməsinin qarşısı alındı - YENİLƏNİB

İranın Azərbaycandakı səfirliyi tüstülənmə ilə bağlı məlumat yayıb. 

Səfirliyin mətbuat xidmətindən APA-ya bildirilib ki, hadisə inzibati binanın 2-ci mərtəbəsində, təmir gedən hissədə qeydə alınıb. Elektrik naqillərində qısaqapanma olub və tüstülənmə meydana gəlib. Həyata keçirilən tədbirlər nəticəsində tüstülənmənin yanğına keçməsinin qarşısı alınıb.

Hazırda hadisə tam nəzarət altındadır, xəsarət alan yoxdur.

***

Saat 17:54

İranın Azərbaycandakı səfirliyinin inzibati binasında tüstülənmə olub.

APA-nın məlumatına görə, hadisə İran İslam Respublikasının Bakının Səbail rayonunda yerləşən səfirlik binasında qeydə alınıb. Səfiriliyin 3 mərtəbəli inzibati binasının 2-ci mərtəbəsində tüstülənmə müşahidə edilib.

Əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları gəlib.

# 1112
avatar

Oxşar yazılar