47 yaşlı kişi xəstəxanalıq edildi - QANLI OLAY
09 dekabr 2019 09:36 (UTC +04:00)

47 yaşlı kişi xəstəxanalıq edildi - QANLI OLAY

Sumqayıt sakini naməlum şəxs tərəfindən xəsarət alıb.

Lent.az-ın məlumatına görə, hadisə dekabrın 8-də gecə saat 4 radələrində qeydə alınıb. Belə ki, Sumqayıt şəhər 18-ci mikrorayonda yaşayan 1972-ci il təvəllüdlü Qarayev Bəkir Bəndalı oğlu döş qəfəsi və qarın boşluğunun kəsilmiş-deşilmiş yarası diaqnozu ilə Sumqayıt Təcili Tibbi Yardım Xəstəxanasına daxil olub.

Daxil olan məlumat əsasında Şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən zəruri tədbirlər həyata keçirilib. Ancaq zərərçəkmiş əməliyyatda olduğu üçün onun izahatını almaq və hadisənin kim tərəfindən törədildiyini öyrənmək mümkün olmayıb.

Hazırda faktla bağlı Sumqayıt Şəhər Polis İdarəsində araşdırma aparılır.

# 682
avatar

Mehman Nəbiyev

Oxşar yazılar