618
18:29
08 Dekabr 2019

Azərbaycanda bədbəxt hadisə: 3 yaşlı uşaq dəm qazından boğularaq öldü

Bərdədə 3 yaşlı uşaq dəm qazından boğularaq ölüb.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə Bərdə şəhər, Təbriz küçəsində qeydə alınıb.

Hüseyinli Ayşən Etibar qızı anası ilə vanna otağında qazdan zəhərlənib. Hadisə yerinə çağırılan həkimlər ananın həyatını xilas etsələr də, 3 yaşlı qızın həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı Bərdə Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.