
Prokuror Suriyada döyüşməkdə təqsirləndirilən şəxslərə cəza istədi
Bakı Ağır Cinayətlər Məhkəməsində Suriyada terror təşkilatına qoşulmaqda, cinayətkar birlik yaratmaqda təqsirləndirilən Bilal İsmayılov və Əfqan Aslanovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.
APA-nın məlumatına görə, hakim Samir Əliyevin sədrliyi ilə keçirilən məhkəmə iclasında dövlət ittihamçısı çıxış edib.
Prokuror Əfqan Aslanov və Bilal İsmayılovun 10 il müddətibə azadlıqdan məhrum edilmələrini istəyib.
Məhkəmə prosesi gələn həftə davam etdiriləcək.
Qeyd edək ki, təqsirləndirilən şəxslər 2013-cü ildə Türkiyəyə, oradan da Suriyaya keçərək silahlı qruplaşmaların tərkibində döyüşüblər. Onlar 2014-cü ildə Azərbaycana qayıdıblar.
Hər iki şəxsə Cinayət Məcəlləsinin 218.2-ci (Cinayətkar birlik (təşkilat) yaratma, cinayətkar birlikdə (təşkilatda), habelə mütəşəkkil dəstələrin təşkilatçılarının, rəhbərlərinin və ya sair nümayəndələrinin birliyində iştirak etmə) maddəsi ilə ittiham verilib.

Oxşar yazılar

Naftalan sakini laqonda ilə özünü yaraladı
28 yanvar 2021 , 01:13
Azyaşlının üstünə qaynar su dağıldı
27 yanvar 2021 , 22:23
Azərbaycanda universitet tələbəsi dəm qazından boğuldu
27 yanvar 2021 , 21:29
Dəniz quldurlarının öldürdüyü Fərman İsmayılov dəfn olundu
27 yanvar 2021 , 19:51
Rayonda iki nəfər qazdan zəhərləndi
27 yanvar 2021 , 18:19
Ticarət obyektlərinə nəzarət gücləndirildi - VİDEO
27 yanvar 2021 , 17:40
Xocalı polisi külli miqdarda silah-sursat aşkarladı-FOTO
27 yanvar 2021 , 17:04
Sosial şəbəkədə azyaşlı qızları əxlaqsızlığa cəlb edən HAKİM QARŞISINDA
27 yanvar 2021 , 17:00