"Dilim başıma bəla olur" - Elnarə Xəlilova - VİDEO
06 dekabr 2019 09:28 (UTC +04:00)

"Dilim başıma bəla olur" - Elnarə Xəlilova - VİDEO

Müğənni Elnarə Xəlilova “Faydalı məsləhət” verilişinin qonağı olub. Lent.az-ın məlumatına görə, ifaçı səbirsizliyindən söz açıb:

“Açıq sözlülüyümə görə çox vaxt xeyir tapmıram. Deyirlər ki, düz deyən düzdə qalır. Əksər hallarda dilim başıma bəla olur. Açıq sözlü, emosional olduğum üçün dediyim söz mənim özümə qarşı da çevrilir. Hadisələrə tez reaksiya verdiyim üçün çox da peşman oluram. Səbr etməyə üstünlük verirəm. Səbr yaxşı şeydi. Mən qışqırmağı, sərt reaksiya verməyi sevmirəm. Olub ki, məni o həddə də çatdırıblar”.

# 2035
avatar

Yalçın UĞUR

Oxşar yazılar