Goranboyda keçmiş məhkum narkotiklə tutulub
06 dekabr 2019 03:04 (UTC +04:00)

Goranboyda keçmiş məhkum narkotiklə tutulub

 

Goranboyda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs saxlanılıb.

Lent.az APA-nın Mingəçevir bürosuna istinadla xəbər verir ki, saxlanılan şəxs məcburi köçkündür. 

Rayonun Boyru qəsəbəsində yaşayan saxlanılan şəxs Cavadov Rafiq Məhərrəm oğlunun əvvəllər  məhkum olunduğu məlum olub.

Qeyd edək ki, R.Cavadov Xocalı rayon Cəmilli kəndində anadan olub. O, 2018-ci ildə narkotik vasitələrin istifadəsi ilə bağlı məhkum olunub. 

Faktla bağlı Goranboy Rayon Polis Şöbəsində araşdırma aparılır.

# 592
avatar

Oxşar yazılar